Qaynaqçı kursu.
Qızıl Əllər MMC tədris müəssisəsi Qaynaqçı kursu üzrə tələbə qəbulu elan edir.
– İstehsalatda avadanlıqlar vasitəsilə qaynaqlama və kəsmə əməliyyatlarının həyata keçirilməsi;
– Avadanlığın tam təhlükəsiz istismarı üçün lazımı tədbirlərin görülməsi;
– Avadanlıqların daim saz və təhlükəsiz saxlanması üçün lazımi yoxlama, nizamlama və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
– Qaynaq aparatlarının işə hazır vəziyyətə gətirilməsi;
– Qaynaq işlərini həyata keçirmək;
Ümumi tədris metodikası:
– Qaynaq avadanlıqlarının işlətmə qaydaları;
– Qaynaq zamanı müdafiənin təmin olunması qaydaları;
– Fərdi mühafizə vasitələrindən istifadə qaydaları ;
– Qaynaq birləşmələrinin növləri və tikişin tipi;
– Qaynaq olunacaq məmulatların qaynağa hazırlanması qaydaları;
– Qaynaq zamanı istifadə olunacaq elektrodların, metalların tərkibi və növünün seçilməsi;
– Yüksək leqirlənmiş poladlar daxil olmaqla qaynaq edilən materialların mexaniki və texnoloji xüsusiyyətlərinin öyrədilməsi,
– Qaynaq edilən boru divarının qalınlığına uyğun qaynaq çubuğunun və qaynaq cərəyanının seçilməsi;
Zəruri tədris metodikası:
– Qovşaq mexanizm konstruksiya və fırlatma yolu ilə boru kəmərlərinin qaynağı;
– Sadə və məsul hissə qovşaq konstruksiya və mexanizmlərinin möhkəm ərintilərlə əridilməsi;
– Nazik divarlı boruların, çətin əl çatmayan yerləri olan hissələrdə qaynaq və çat boşluqlarının aradan qaldırılması.
Kursun müddəti 6 ay,həftənin 5 günü olmaqla 2 saat tədris olunur. Kursumuzu uğurla bitirən tələbələrə Sertifikat və ya Diplom verilir.