Skip to content

About The Project

Tibb kursları

Tibb dərsləri

“Tibbi Biliklər Hər Birimiz Üçün Vacibdir:

Sağlamlıq və tibbi biliklər həyatımızın ən dəyərli varlığıdır. Tibb sahəsi, insanların sağlamlığını qorumaq və inkişaf etdirmək üçün ən vacib dərsləri təklif edir. Bu biliklər, həyatımızda baş verə biləcək müxtəlif situasiyalarda bizi qoruyur və düzgün təlimat almaq, təcrübə qazanmaq üçün əhəmiyyətli bir səviyyəyə çatmağımıza kömək edir. Tibbi təhsil təcrübə və təlimatla möhkəm və uğurlu bir peşəkar karyeranın yolunu açır. Tibbi biliklər, gündəlik həyatımızda bəzi təcrübələri yaşamaq və dəstək almaq imkanı verir. Bu biliklər, əczaçılıq, tibbi yardım, reseptlərin düzgün oxunması kimi fərqli sahələrdə hər bir fərdə tibbi təlimat verir və bu, həyatımızın ən dəyərli varlığı olan sağlamlığımızın qorunmasına kömək edir. Qısaca desək  hər bir şəxsi tibbi biliklərlə təmin etmək, onun və ətrafındakıların sağlamlığı üçün vacibdir.

Əczaçılıq və Reseptlərin Oxunması:Günlük həyatımızda, tibbi dərmanların doğru tətbiqi və reseptlərin düzgün oxunması sağlamlığımız  üçün əsas nüanslardan biridir. Əczaçılar tərəfindən verilən dərmanlar, reseptlər və təlimatlar, bizim sağlamlığımızı və sağlamlığımızın qorunmasını təmin etmək üçün vacibdir. Doğru dərmanın doğru zaman və dozda qəbul edilməsi həyatimizi daha səmərəli və daha sağlam edir.

İlkin təcili yardım: Təcili yardım, qəza, yaralanma və ya ağrı hallarında insan həyatının xilasında əhəmiyyətli bir rola malikdir. Doğru tətbiq edilən reaksiya və tibbi biliklər, təhlikəni azaltmaqda əsas nüaslardan  biri hesab  edilir. Hər kəsə lazım olan bu bacarıq, insan sağlamlığını qorumaqda dərin təsir göstərə bilər. Öyrənmə və təlimlə təmin edilən təcili yardım, fərqli situasiyalar üçün əhəmiyyətli və həyat xilas edici bir vasitədir. Eyni zamanda ilkin  təcili yardım  gündəlik həyatımızdakı  anlarda da bizə yardımcı ola  bilir ki,  nümunə  üçün  hər  birimizin  ev şəraitdə  rast gələ  bildiyi yüksək qızdırma halını  misal çəkmək mümkündür. Bu kimi hallarda  tibbi  biliyə  malik şəxs daha  düzgün və yerində qərarlar  verə  bilir.