Skip to content

 

Qızıl Əllər MMC Tədris müəssisəsi haqqında

qısa məlumat

 

 

Qızıl Əllər MMC  tədris müəssisəsi  1995 – ci ildən fəaliyyətə başlayıb və  1997-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 3/9 № – li dövlət qeydiyyatından keçərək  fəaliyyət göstərir. Müəssisə hazırkı peşə təhsili və təlimi (PTT) sistemində 5 istiqamətdə – Peşə təhsili, iqtisadiyyat, xidmət, istehsalat və İKT bacarıqları sahəsi üzrə strategiya və konsepsiyaları həyata keçirərək fəaliyyət göstərir. Əsas məqsədimiz Azərbaycanda özəl peşə təhsili sisteminin səmərəliliyini və əmək bazarının tələblərinə uyğunluğunu artırmaq, əmək bazarı üçün ixtisaslı kadırlar hazırlamaqdır.

Müəssisəmizin Bakı və  Gəncə şəhərində 2 böyük korpusu var. Gəncə şəhərindəki korpusumuzda nəyinki Gəncə şəhərində yaşayan eyni zamanda  Azərbaycanın bütün bölgələrindən tələbələr gəlib peşə  təhsili alırlar.

Müəssisə bütün peşələr üzrə qismən avadanlıqla  təmin olunmuş tədris otaqları, idman zalları  var.  Müəssisənin əsas fəaliyyət növü  peşə hazırlığı kurslarının  təşkili  və onun inkişafıdır. Yəni, xalq sənətkarlıq nümunələrinin bərpası, xalçaçılıq, toxuculuq, zərgərlik və fəhlə kadrılarını yetişdirməkdir. Müəssisədə  37 adda  peşə təhsili, hazırlıq kursları fəaliyyət göstərir. Kurslara daxil olan insanlara yaş məhdudiyyəti qoyulmur. Hər il peşə  kursunda  təxminən 2000-dən artıq bəy və xanımlara  peşə öyrədirik, sənətkar və fəhlə kadrı hazırlayırıq. Sahibkarlar, dövlət müəssisələri kadr hazırlığı üçün  müəssisəmizlə əməkdaşlıq edirlər. Xüsusi ilə də, xidmət sahəsində kadr  hazırlığına ehtiyac daha çox olduğunu nəzərə alaraq hər il onlarla bərbərlər, dərzilər, xalçaçılar, dülgərlər, ofisantlar, aşbazlar, qaynaqçılar  və.s. yetişdiririk.  Müəssisənin usta və müəllimləri təcürbəli, bacarıqlı  mütəxəsislərdir. Bundan əlavə müəssisə  hər il inzibati və idarəetmə heyətinin potensialının artırılması ilə bağlı təlimlər həyata keçirir.

İstehsal sahəsində müəssisə geniş və səmərəli işlərlə məşğul olur. Peşə hazırlıq kurslarından diş-texniki, rəssam, modelyer- rəssam, zərgərlik, toxuculuq, xalçaçılıq, dərzi, aşbazlıq və kulinariya peşələrində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər kecirilir. Bu sərgilər dövlət səviyyəsində olmaqla ildə 2 dəfə keçirilir. Sərgilərə dövlət nümayəndələri və sahibkarlar da dəvət olunurlar. Belə ki, Ramada Plazada keçirilən son sərgimizdə Prezident Adminstrasiyası, Ailə, Qadın və Uşaq Problemləri  üzrə  Dövlət  Komitəsi,  QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Sahibkarlar Konfederasiyası, Vergilər  Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Beynəlxalq Əmək Təşkilatı, Kiçik və Orta Bizinesin inkişafı  agentliyi (KOB), Qida təhlükəsizliyi agentliyi (AQTA),  Türkiyə səfirliyi,  ABŞ səfirliyi,  Almaniya səfirliyi, Yaponiya səfirliyi,  ABAD təşkilatı,  bank rəhbərləri, həmçinin  QHT nümayyəndələri,  şəhər və rayon ictimayyətini dəvət etmişdik.Onlarda böyük bir maraqla bu sərgidə iştirak etdilər və sərgi haqqında öz müsbət fikirlərini bildirdilər. Həmin sərgidə bir çox tələbələrə iş təklifləri olundu  və müəssisə ilə müqavilələr bağlandı. Hər il keçirilən sərgilərimizdə bu ənənə təkrarlanır.

Müəssisəmiz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy, Ailə, Qadın və Uşaq Problemləri  üzrə  Dövlət  Komitəsi, Türkiyə səfirliyi və İqtisadiyyat Nazirliyi ilə  ilə sıx əməkdaşlıq edirik.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy  və Ailə, Qadın və Uşaq Problemləri  üzrə  Dövlət  Komitəsi  vətəndaşları və  imkansız, ailə başcısı olan qadınların özünəməşğulluğu artırılması üçün müəssisəmizdə peşə kursu keçmələri üçün  bizə yönləndirirlər. Eyni zamanda əlillər, imkansız ailələr, məcburi köçkünlər peşə təhsili verərək  sertifikat və ya diplomla təltif edirik. Əlil şəxlərin müəssisəyə gələ bilmədikdə mütəxəssis müəllim evlərinə gedərək peşəni öyrədir. Daha sonra ehtiyyac yaranarsa işlə də təmin olunurlar.

Müəssisəmiz Sahibkarlıqla  məşğul olmaq istəyən gənclərə dəstək olur, onları uyğun sahələrə yönləndirir. Bu mövzuda da tez-tez seminarlar keçirilir. Seminarlarda onlar öz hüquqlarını, iqtisadiyyatın dərinləşmiş proqramı sahəsini geniş şəkildə öyrənib sertifikatla təltif olunurlar və sonda savadlı, təcrübəli sahibkarlar kimi fəaliyyətə başlayırlar.

Müəssisənin tələbə və müəllim kollektivi tez-tez kimsəsiz uşaqlarla, qocalarla görüş keçirir, onlara yardım edir. Bundan əlavə şəhid ailələrinin övladları kursumuzda tam təmənasız təhsil alırlar.

Dünyanın hər yerində bizim fəaliyyətə uyğun olan sahibkarlarla əməkdaşlıq edirik və müəssisə ilə 26-dan çox ölkə əlaqə yaradıb. Beynəlxalq sərgilərdə  və konfranslara dəvət olunuruq. Yaşlı nəsli gənclər əvəz edir. Hər il 500 nəfərdən artıq gənc insan peşə öyrənir. Peşəni bitirən tələbələr sertifikat və ya diplomla təltif olunurlar. Məzun tələbələr  müəssisə tərəfindən işlə də təmin olunurlar.