Skip to content

Xalçaçılıq kursu.

Qızıl Əllər MMC tədris müəssisəsi  Xalçaçılıq  kursu üzrə tələbə qəbulu elan edir. Dekorativ tətbiqi incəsənət növlərindən biri olan xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Xalça bir sıra müsbət xüsusiyyətlərə malikdir. O, bədii təsviri sənətlə, böyük ustalıq tələb edən xalq yaradıcılığının məcmusudur. Xalça gözəl əl işi olmaqla yanaşı, həm də məişətdə istifadə oluna biləcək qiymətli əşyadır.
Siz də tədris müəssisəsi  Xalçaçılıq kursunu mənimsəyə bilərsiz. Dərslərə zəmanət verilir. Kursun müdətti 1 il , həftədə 3 gün olmaqla 2  saat tədris edilir.